Azərbaycan Ordusu gücləndirilmiş rejimdə ölkəmizin sərhədlərinin təhlükəsizliyini qoruyur - Nazirlik 

10:35 12.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Siyasət rubrikasından digər xəbərlər